Fransa polisi “sarı jilet”lilərlə mübarizəsini davam etdirir

Fransa polisi “sarı jilet”lilərlə mübarizəsini davam etdirir

Fransa polisi ötən gün Parisdə razılaşdırılmamış etiraz aksiyası keçirən “sarı jilet”lilərin bir nümayəndəsi Erika Drueni həbs edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gün “sarı jilet”lilər qrupunun olduğu "Razılıq" meydanında həbs edilib.

Həbs olunan şəxsin vəkilinin verdiyi açıqlamaya görə, Drue etirazçıları şəhərin mərkəzində görərək onlara qoşulmaq istəyib: “Onunla birlikdə hərəkətin bir neçə digər tərəfdarları da nəzarətə alınıb. Bu qeyri-qanuni həbsdir”, - deyə vəkil bəyan edib.

Radikal sol, “Tabe olmayan Fransa” hərəkatının lideri Jan Lyuk Melanşon polisin bu addımını öz “Twitter” hesabında müzakirə edib: “Erik Drue niyə həbs olunub? Hakimiyyətdən sui-istifadə. İndi polisin siyasəti “sarı gödəkçələr” təşkilatını təqib etməkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə