Yanvarın 2-də Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Yeliseyin saytında yer alan məlumata görə, telefon danışığı zamanı dövlət başçıları Suriya və Ukraynadakı böhranlar barədə fikir mübadiləsi aparıblar.
Emmanuel Makron bildirib ki, Fransanın Suriyada məqsədi terrorizmin kökünü kəsməkdir. O qeyd edib ki, Fransa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə daim sadiqdir.
Söhbət zamanı, həmçinin ötən il noyabrın 25-də Kerç boğazında Rusiya hərbçiləri tərəfindən əsir götürülmüş Ukrayna dənizçilərinin azad edilməsi məsələsi də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB