Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib. SİA-nın "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Loralai bölgəsində baş verib.
Aralarında kamikadzenin də olduğu 4 terrorçunun hücumu nəticəsində Pakistan ordusunun 4 əsgəri həlak olub. Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.
Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib. Daha əvvəl Pakistan Ali Məhkəməsi FETÖ-nü terrorçu təşkilat kimi tanıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB