Rusiyada neft-qaz sektoru sürətlə inkişaf edir. SİA-nın məlumatına görə, keçən il Rusiyanın hasil etdiyi qazın miqdarı 650,311 milyard kubmetr, neftin miqdarı isə 505,194 milyon ton olub.
Bu rəqəmləri 2009-cu illə müqayisə etdikdə, Rusiyanın qaz hasilatını 11,5%, neft hasilatını isə 2,2% artırdığı məlum olur. Hesabat ilində Rusiya qaz ixracını 10,6% artıraraq 184,944 milyard kubmetrə çatdırıb.
Neftin ixracında isə qazın əksinə azalma nəzərə çarpır. Keçən il neft ixracı 2009-cu ilə nisbətən 0,6% azalaraq 246,816 milyon ton təşkil edib.
Qeyd edək ki, 2009-cu ildə Rusiyada qaz hasilatı 2008-ci illə müqayisədə 12,4% azalmış, neft hasilatı isə 1,2% artmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB