Rusiyada yaşayış binasında partlayış: - 7 ölü

Rusiyada yaşayış binasında partlayış: - 7 ölü

Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb. SİA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, xilasetmə əməliyyatları nəticəsində dağıntılar arasında 7 nəfərin cəsədi çıxarılıb, 5 nəfər xilas edilib.

Qeyd edək ki, hadisə yerinə gələn Rusiya Prezidenti Vladimir Putin xilasetmə işləri ilə bağlı tapşırıqlar verib. Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə