İranda tələbələr küçələrə axışıb!

İranda tələbələr küçələrə axışıb!

İranda avtobus qəzasına etiraz edən tələbələr küçələrə axışıb. Axar.az xəbər verir ki, Tehran universitetinin qarşısına toplaşan tələbələr hökumət əleyhinə "rədd olsun molla hökuməti", "rədd olsun diktator" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Tehranda bir neçə gün öncə Azad İslam Universitetinin kampus ərazisində tələbələrini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 26 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə