Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. Binanın partlayış nəticəsində çökmüş girişindəki mənzillərdə 120 sakin qeydiyyatdadır, onlardan 35 nəfərinin taleyi naməlumdur. Rusiya Prezidenti Vladimir Putin Maqnitoqorska gəlib. O, hadisə yerində yaradılmış qərargaha gələrək xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.
Vilayətdə matəm elan olunacağı gözlənilir. Binanın digər hissələrinin də dağılma ehtimalı var. Güclü şaxta xilasetmə işlərini çətinləşdirir. Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB