"CHP məişət tullantısı, çirklənmiş hava, susuzluq deməkdir." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bir zamanlar İstanbulun bələdiyyə sədri olan CHP-çi Nürəddin Sözənin tənqidlərinə cavab olaraq bildirib ki, özünün sədrliyi dönəmində bələdiyyə işçilərinin tətilləri dayanıb: “Biz gəldik, zibil ortadan qalxdı.Tətil olmursa, demək ki, işçinin haqqı verilir”.
Ərdoğan onu da əlavə edib ki, xalqa göstərdiyi səmimi münasibətindən dolayı AKP Türkiyə siyasi həyatının ən uzun müddət hakimiyyətdə qalan partiyası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB