Ərəb ölkələri hərəkətə keçdi: 6 ölkə ordusu...

Ərəb ölkələri hərəkətə keçdi: 6 ölkə ordusu...

Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Sudan, Cibuti və Yəmənin iştirakı ilə Qırmızı dəniz hövzəsində 5 günlük hərbi təlimlər başlayıb. Axar.az xəbər verir ki, Ciddə şəhərində baş tutan “Qırmızı dalğa 1” adlı təlimlərdə sözügedən ölkələrin xüsusi təyinatlı heyəti və dəniz qüvvələri iştirak edir.

Bildirilib ki, təlimlərdə əsas məqsəd iştirakçı ölkələrin müdafiə potensialının möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və Qırmızı dəniz akvatoriyasında təhlükəsizliyin qorunmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə