İraqlı nazirin qardaşı İŞİD-ə qoşulub?

İraqlı nazirin qardaşı İŞİD-ə qoşulub?

İraqın Təhsil naziri Şeyma Hiyali qardaşının İŞİD terror qruplaşmasına üzv olmasına dair iddialara münasibət bildirib. Axar.az xəbər verir ki, Mosul əhalisinin təhdid edilərək İŞİD-ə cəlb olunduğunu bildirən nazir, bunlar sırasında qardaşının da olduğunu söyləyib.

“Qruplşama qardaşımı digərləri kimi açıqlama verməyə də məcbur etdi, ancaq qardaşım əlinə silah alıb heç bir iraqlını öldürmədi”, - nazir bildirib. Şeyma Hiyali həmçinin İŞİD-lə əlaqəsinin sübut ediləcəyi təqdirdə istefaya hazır olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə