Türkiyə Böyük Millət Məclisində qalmaqal baş verib

Türkiyə Böyük Millət Məclisində qalmaqal baş verib
Türkiyə Böyük Millət Məclisinə daxil olan kənar şəxs yumruqlanaraq salondan çıxarılıb. SİA-nın məlumatına görə, millət vəkilləri ilə eyni cərgədə oturan şəxs özünü məsləhətçi kimi tanıdıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışından əvvəl baş verən hadisə vəziyyətin gərginləşməsinə səbəb olub. Məsləhətçi olduğunu deyən adamın millət vəkilləri ilə eyni sırada oturması məclis daxilində nigarançılığa səbəb olub. Milli Məclisin mühafizəkarları naməlum şəxsə dəfələrlə yerindən qalxması üçün xəbərdarlıq etsələr də, o, salonun kürsüsündə yazılan sözləri işarə edərək bildirib ki, heç kim onu salondan kənarlaşdıra bilməz: "Divardakı cümləyə baxın! Orada yazılıb ki, "Suverenlik qeydsiz və şərtsiz millətindir". Buna görə də məni buradan çıxarmağa haqqınız yoxdur".

Başqa çıxış yolu tapa bilməyən mühafizəkarlar, haqqında söhbət gedən adamı təzyiq göstərərək salondan çıxarıblar.

Qeyd edək ki, yumruqlanan adamın salondan çıxarılmasından dərhal sonra partiya rəsmiləri jurnalistlərin hadisə yerindən uzaqlaşması üçün təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə