Almaniyada məcburi əsgərliyə dünən son verilib. SİA-nın məlumatına görə, artıq əsgərlik məcburi vəzifə olmayacaq. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediləcəklər.
Son məcburi çağırış dünən baş tutub. Beləliklə, Almaniyada 57 ildən bəri davam edən zəruri əsgərlik ləğv edildi. Alman Silahlı Qüvvətlərinin sayını azaltmaq istəyən müdafiə naziri Karl-Teodor zu Quttenberq bildirib ki, məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq.
Nazir konstitusiyada maddə ilə bağlı dəyişiklik edilməməsinin səbəbini də açıqlayıb: "Artıq ölkəmizdə əsgərlik xidməti məcburi olmayacaq. İstəməyənlər bu vəzifədən azad ediləcəklər. Lakin mövzu ilə əlaqədar konstitusiyadakı qanunda dəyişiklik nəzərdə tutulmayıb. Çünki əgər bu dəyişiklik baş tutsa, Almaniya nə vaxtsa hücuma məruz qaldıqdaa çətinlik yaranar.Yəni, belə bir hücumun baş tutacağı təqdirdə məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq edilcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB