İranda "Sevgililər Günü" qadağan edilib

İranda "Sevgililər Günü" qadağan edilib
İranda "Sevgililər günü" qadağan edilib. SİA-nın məlumatına görə, Mətbəəçilər Birliyi mövzu ilə əlaqədar bütün mətbəələrə əmr məktubu göndərib. Məktubda gələn ay bütün dünyada qeyd olunacaq "Sevgililər Günü"nün İranda qadağan olunduğu bildirilib.

Həmin gün hər cür afişa, broşür, üzərində ürək, yarı ürək, qırmızı gül kimi simvollar daşıyan qutular və reklam kartlarının satışının da eyni zamanda yol verilməz olduğu qeyd olunub.

Birlik səlahiyyətlilərinin sözlərinə görə, qadağaya uymayanlarla bağlı ciddi cəza tədbirləri görüləcək.

Qadağanın səbəbini bu bayramın qərb və xristian mədəniyyətini xatırlatması ilə əlaqələndirən birlik nümayəndələri, İslam dünyasına aid olmayan belə bir bayramın mühafizəkar rəhbərlik tərəfindən mənimsənmədiyini nəzərə çatdırıb.

Qeyd edək ki, İranda 14 fevralla əlaqədar ilk dəfə belə bir sanksiya tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə