"Ermənistan Baş Prokurorluğu Manvel Qriqoryanın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verəcək." Bunu “Sputnik Ermənistan”a açıqlamasında Baş Prokurorluğun rəsmi nümayəndəsi Arevik Xaçatryan deyib. O, məhkəmənin Qriqoryanla bağlı verdiyi qərarın əsassız olduğunu bildirib.
Qeyd edək ki, dünən Qriqoryan 25 milyon dram girov qarşılığında azadlığa buraxılıb. Bundan sonra Eçmiədzin şəhərində Qriqoryanın azadlığa buraxılmasına qarşı etiraz aksiyaları start götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB