Meksika ilə sərhəddə səddin tikintisinə vəsait ayrılmasına dair Senatda demokratlarla respublikaçılar arasında razılıq əldə edilməməsi ölkədə növbəti büdcə böhranı ilə nəticələnib. Beləliklə də ABŞ federal müəssisələrinin bir qismi maliyyələşmə olmaması səbəbindən işini qismən dayandırıb. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət orqanlarının fəaliyyətinin dayandırılması rəsmən yerli vaxtla gecəyarısı başlayıb.
Respublikaçılar müvəqqəti büdcəni Donald Trampın tələb etdiyi 5 milyard dollarsız qəbul etmək təklifini irəli sürüblər. Prezident əvvəlcə bildirib ki, belə bir variantla razılaşa bilər. Lakin sonradan sərt mövqe tutaraq büdcəni imzalamayacağını bəyan edib.
ABŞ qanunvericiliyinə əsasən, Konqres və ya prezident nazirliklərin maliyyəsi barədə qanun layihəsini qəbul etmədikdə hökumətin işi dayandırılır. Əgər yaxın vaxtlarda qanun layihəsi qəbul olunmasa, bu, Daxili Təhlükəsizlik, Nəqliyyat, Kənd Təsərrüfatı, Ədliyyə nazirliklərinin, həmçinin Dövlət Departamentinin və onlarla digər büdcə təşkilatının fəaliyyətinə mənfi təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB