Serbiyada qatar avtobusla toqquşub: 5 nəfər ölüb

Serbiyada qatar avtobusla toqquşub: 5 nəfər ölüb

Serbiyanın Niş şəhərindən Prokuple istiqamətində hərəkət edən sərnişin qatarı dəmiryolu keçidində məktəb avtobusu ilə toqquşub. Serbiya milli radiosu və televiziyasının yaydığı məlumata görə, qəza nəticəsində azı 5 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.

Qəza zamanı məktəb avtobusu iki hissəyə bölünüb, qatarın bir neçə vaqonu relsdən çıxıb. Yol-nəqliyyat hadisənin səbəbi hələlik aydınlaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə