Sudanda bahaçılığa görə etiraz aksiyaları keçilir ölənlər var

Sudanda bahaçılığa görə etiraz aksiyaları keçilir ölənlər var

Sudanın Nəhrun-Nil və əl-Qazarif əyalətlərində bahaçılığa və iqtisadi məsələlərə görə baş qaldıran etiraz aksiyalarında ölənlər var. SİA Əlcəzirəyə istinadla xəbər verir ki, yerli mənbələr etiraz aksiyalarında polislə qarşıdurmada ölənlərin sayının 8-ə çatdığını deyib.

İki gün öncə baş qaldıran etiraz aksiyaları bir əyalətdən digərinə sirayət edib. Əl-Qazarifdə (şərq) əyalətin rəsmi mənbələri komendant saatının tətbiq edildiyini bildiriblər.

Paytaxtın yerləşdiyi Xartum əyaləti də ara-sıra etirazların şahidi olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə