Çexiyada mədəndə partlayış - 5 ölü

Çexiyada mədəndə partlayış - 5 ölü

Çexiyadakı mədənlərdən birində metan qazının partlaması nəticəsində azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb. SİA RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə cümə axşamı günü gecə saatlarında baş verib. Partlayış nəticəsində daha 8 nəfər itkin düşdüyü bildirilir.

Mədəndə bütün işlər dayandırılıb və xilasetmə əməliyyatı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə