“Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qon və onun köməkçisi Qreq Kelli dekabrın 21-də girov müqabilində azad edilə bilərlər. AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Tokio dairə məhkəməsi prokurorluğun onların həbs müddətinin uzadılması barədə sorğusunu qəbul etməyib.
Prokurorluq bu qərardan şikayət edib. Məhkəmənin apelyasiyanı rədd edəcəyi və vəkillərin onların girov müqabilində azad olunması barədə vəsatətini qəbul edəcəyi təqdirdə, K.Qon və Q.Kelli Tokio istintaq təcridxanasını tərk edəcəklər.
Xatırladaq ki, “Nissan” şirkətinin iki sabiq rəhbəri noyabrın 19-dan həbs olunublar. Onların 2014-cü maliyyə ilinədək beş il müddətində şirkətin maliyyə hesabatlarında K.Qonun mükafatlandırıldığı məbləğləri gizlətməkdə ittiham edildiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB