Şri-Lankanın Baş naziri Mahinda Racapaksa dövlətdə sabitliyin təmin olunması məqsədilə dekabrın 15-də postunu tərk etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun yerinə prezidentin istefaya göndərdiyi Ranil Vikramasinqhe təyin olunacaq.
Qeyd edək ki, Şri-Lanka Ali Məhkəməsinin dekabrın 13-də çıxardığı qərara əsasən, Racapaksa Baş nazir funksiyasını yerinə yetirə bilməz. Bu səbəbdən də o, vəzifəsini tərk etməli olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB