Ehud Barak: “Türkiyə ilə olan gərginlik aradan qaldırılmalıdır”

Ehud Barak: “Türkiyə ilə olan gərginlik aradan qaldırılmalıdır”

İsrailin müdafiə naziri Ehud Barak Türkiyə ilə olan gərginliyin aradan qaldırılmasının lazım olduğunu deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Independent" qəzeti bu günki sayında İsrail hökumətinin içində olan fikir ayrılıqlarına diqqət çəkib.

Qəzetdə Libermanın "Türkiyə hirsindən geri addım atdı" başlıqlı xəbərində, nazir Ehud Barakın "Türkiyə ilə olan gərginlik aradan qaldırılmalı" sözləri yazılıb. Qəzetdə İsrailin müdafiə nazirinin "Fələstinlilərlə saxlanılan görüşmələr sürməlidir" sözlərinə də yer verilib.

Qeyd edək ki, dünən İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, Qəzzaya yardım üçün aparılan İsrail hərbiçilərinin "Mavi Mərmərə" gəmisinə etdiyi basqın ilə əlaqədar üzr istəməyəcəklər. Hətta terrorizmi dəstəklədiyi üçün Türkiyənin İsraildən üzr istəməli olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə