Qatar relsdən çıxdı 14 nəfər yaralandı

Qatar relsdən çıxdı 14 nəfər yaralandı

Cənubi Koreyanın Kanqneunq şəhərindən Seul şəhərinə gedən sürət qatarı relsdən çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qatarda olan 189 nəfərdən 14 nəfərin yaralandığı bildirilir.

Sərnişinlərin dediyinə görə, hadisə qatarın yola salınmasından beş dəqiqə sonra baş verib. Qatarın 103 km / saat sürətlə getdiyi açıqlanıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Digər sərnişinlər isə avtobusla növbəti stansiyaya gətirilib. Hadisə ilə bağlı istintaq işinə başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə