Fransanın Baş naziri Eduar Filipp ölkədə dizel yanacağına verginin artırılması qərarı ilə bağlı moratorium elan edə bilər. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, o bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq.
Məlumata əsasən, dizel yanacağına verginin artırılması qərarı bir neçə ay müddətinə təxirə salına bilər. Fransız mətbuatının hökumətdəki mənbələrə istinadən verdiyi xəbərlərə görə, hökumət eyni zamanda bununla bağlı başqa tədbirlər də görməyə hazırlaşır.
Məlumata əsasən, Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər 3 milyon avrodan çoxdur. Kütləvi etiraz aksiyası noyabrın 17-dən başlayıb. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər.
İndiyədək aksiyalar zamanı iki nəfər həlak olub. Məlumata əsasən, Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB