BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib. SİA TASS-a istinadən xəbər verir ki, sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.
Qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbul edilməsinə qarşı çıxan ölkələrin sayı 14-dən çox olmayıb. ABŞ, İsrail, Kanada və Avstraliya qətnamələrin əleyhinə səs verənlər arasında olub
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB