"Fələstin sivilizasiya, sülh və xeyrxahlıq beşiyidir"

"Fələstin sivilizasiya, sülh və xeyrxahlıq beşiyidir"

Fələstin dünyadakı müsəlmanlar haqq, ədalət və azadlıqları tələb edənədək var olacaq. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə daimi komitəsinin İstanbulda keçirilən 34-cü iclasında bildirib.

Ərdoğanın sözlərinə görə, Fələstin sivilizasiya, sülh və xeyrxahlıq beşiyidir: "Bütün İslam dünyasının gözünün bəbəyi - Qüdsü salamlayıram. Qüdsü qorumaq üçün həyatlarını təhlükə altına atan fələstinli gəncləri, 70 ildən çoxdur vətənindən uzaqlaşan fələstinli qaçqınları salamlayıram".

Prezident Fələstin xalqına dəstək verməyə hazır olduğunu vurğulayıb: "İşğalçılar Fələstini diz çökdürə bilməyəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə