Sloveniya ordusunda Baş Qərargah rəisi ilk dəfə qadın təyin edilib
Sloveniya Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə olaraq qadın təyin edilib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Sloveniya müdafiə naziri Karl Eryavcın təqdimatına əsasən briqada generalı Alenka Ermenç briqada generalı Alan Gederi əvəzləyib.
Qeyd edək ki, 55 yaşlı Alenka Ermenç Lublana Universitetində ictimai elmlər bakalavrıdır, 2009-cu ildə isə London Kral Hərbi Elmlər Kolejini müvəffəqiyyətlə bitirib. 1991-ci ildən hərbçi olan Ermenç cari ilin mart ayında Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Bu ay briqada generalı rütbəsinə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB