Çində maşınqayırma zavodunda partlayış - ölən və yaralananlar var

Çində maşınqayırma zavodunda partlayış - ölən və yaralananlar var

Çinin Cilin vilayətində maşınqayırma zavodunda baş verən partlayışda 2 nəfər ölüb, 24 nəfər yaralanıb. Sinxua agentliyi xəbər verir ki, hadisə noyabrın 23-də axşam 23:40 radələrində Sanxı qəsəbəsində baş verib.

Bildirilir ki, zavodda baş verən partlayış və onun yaratdığı yanğın qəsəbədə 41 evə ziyan vurub. Hadisə yerində axtarış və təhqiqat işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə