Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib. SİA “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, Dövlət Nəqliyyat Agentliyinin bəyanatına əsasən, sürücü-qadınlar yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salman
Əl-Səudun miqyaslı sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB