İspaniyanın baş naziri Pedro Sançes Kubaya etdiyi iki günlük rəsmi səfəri çərçivəsində karib ölkəsində ispan biznesi ilə bağlı fəaliyyət göstərən nümayəndələrlə görüşəcək və beşulduzlu Grand Hotel Packard mehmanxanasında Kuba-İspaniya biznes-forumunun açılışında iştirak edəcək. Halbuki, bu beşulduzlu mehmanxana ABŞ sanksiyaları altındadır. SİA xəbər verir ki, bu barədə ötən gün El Congendencial yazıb. Kuba nəşri qeyd edir ki, ispan tərəfinin qeyd etdiyinə görə, məhz bu mehmanxananın seçilməsi İspaniya biznesinin xarici ölkələrdə dəstəyi üçün hesablanıb. Belə ki, Grand Hotel Packard, İspaniyanın Iberostar şirkətlər qrupu tərəfindən idarə olunur.
Bildirilir ki, Sançesin səfəri son 32 ildə İspaniya baş nazirinin Kubaya ilk səfəridir. Sonuncu dəfə belə bir səfər 1986-cı ildə İspaniya krallığının baş naziri Felipe Qonsales tərəfindən reallaşdırılmışdı. O, bu vəzifədə 1982-ci ildən 1996-cı ilə qədər olub.
1996-cı ildən 2004-cü ilə qədər İspaniyanın baş naziri olmuş Xose Mariya Ansar isə 1999-cu ildə monarx Xuan Karlos I ilə Kubaya səfər etmişdi. Bu səfər ayrıca rəsmi səfər kimi qeydə alınmamışdı. Belə ki, baş nazirlə kral Kubaya İber-amerika sammitinə qatılmağa getmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB