Yapon hökuməti sürətlə yaşlanan əhali kontekstində iqtisadi artımı davam etdirmək üçün ölkədə pensiya yaşını mövcud 65 il əvəzinə 70-ə yüksəltmək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təqaüdçülüyün yaşının yüksəldilməsi ilə bağlı noyabrın 26-da ölkənin İqtisadi və Maliyyə Siyasəti Şurasının iclasında növbəti yay üçün konkret plan hazırlamaqla bağlı müzakirələr aparılacaq. Buna baxmayaraq, bu, Yaponiyanın işgüzar dairəsi ilə bir sıra razılaşmalar tələb edəcək.
Məlumatda bildirilir ki, Yaponiyada 2020-ci ildə pensiya yaşının artırılması haqqında qanun layihəsinin hazırlanacağı gözlənilir ki, burada müxtəlif iş şərtləri - qısa iş günləri, evdən uzaq iş, yaşlı insanların işə qəbul edən şirkətlərə subsidiyaların verilməsi və digərləri daxil ediləcək.
Daha əvvəl bildirildiyi kimi, Yaponiyada orta ömür uzunluğu kişilər üçün 80.89, qadınlar üçün isə 87.14 ildir. Yapon hökumətinin məlumatlarına görə ölkənin hər dördüncü sakini 65 yaşdan yuxarıdır. 65 yaşdan yuxarı insanların əksəriyyəti Akita prefekturasında yaşayır. Belə ki, burada bütün əhalinin ümumi sayının 33,5% -ni 65 yaşından yuxarı olanlar təşkil edir.
Ən az - Okinava adalarında olsa da, Yaponiyanın bütün 47 prefekturasında yaşlıların sayı 14 yaşınadək gənclərlə müqayisədə daha çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB