Barselona kriminallaşır

Bu ilin əvvəlindən Barselonada 150 mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu göstərici 2018-ci ili təhlükəsızlik baxımından Barselona tarixində ən pis ilə çevirə bilər. SİA Kataloniya Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, yanvarın 1-dən sentyabrın 30-na qədər Mosos-d`Eskuadra adlandırılan Kataloniya polisinin, Barselona qvardiyasının, Milli Polisin və Mülki Qvardiyanın bölmələrinə 144.042 cinayət hadisəsi barədə ərizə daxil olub.

Adətən yay aylarında turizmlə bərabər, cinayətkarlıq səviyyəsi də artır. Məsələn, 2018-ci ilin iyun-avqust aylarında 51 mindən çox cinayət törədilib.

Bir neçə həftə əvvəl Kataloniya paytaxtında cibgirlik əleyhinə əməliyyat başlayıb. Statistikaya görə, Barselonada 10 qanun pozuntusundan 6-sı məhz oğurluqdur.

Bundan əlavə, mənzil oğurluqlarının və kommersiya müəssisələrinin qarət edilməsi hallarının sayı 24 faiz, zorakılıq hallarının sayı 18 faiz, zorlama hadisələrinin sayı 16 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə