İranda “Eşşək qulağı” və “Keçi gözü” estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.
Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatların ictimai əxlaqa zidd olduğunu vurğulayıb. İran dünyada estetik əməliyyatların aparılmasna görə ilk sıralardadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB