Avropa İttifaqı: "İtaliyaya qarşı sanksiya tətbiq edilməsi ən pis qərar olacaq"
"İtaliya 2019-cu il üzrə büdcə layihəsinə dəyişiklikdən imtina edərsə, ona qarşı sanksiya tətbiq edilməsi ən pis qərar olacaq." Bu sözləri Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi söyləyib.
“Mən heç vaxt sanksiyaların tərəfdarı olmamışam. Sanksiyaların tətbiqi həmişə ən sonda ola bilər, lakin bu, ən pis üsuldur”, – deyə komissar bildirib. Pyer Moskovisi İtaliya ilə mütəmadi və fəal danışıqların lehinə olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB