Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ Dövlət Departamentinin PKK terror təşkilatının üç liderinin axtarışı üçün pul mükafatı ayırmasına dair bəyanatını şərh edib. SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Akar bunu "gecikmiş bir addım" adlandırıb.
"Türkiyə ABŞ Dövlət Departamentinin PKK-ya qarşı mövqeyini alqışlayır, lakin bunu gecikmiş addım hesab edir", - deyə Akar bildirib.
TSQ Baş qərərgahının rəhbəri qeyd edib ki, Vaşinqton PKK terrorçuları ilə onun Suriya qolu arasında fərq qoymamalıdır: "Bir tərəfdən, Birləşmiş Ştatlar PKK liderlərini ələ keçirmək üçün mükafat verir, digər tərəfdən isə bu terror təşkilatının Suriya qanadını silahlandırır. YPG terrorçuları üçün silah və sursat həm yük maşınları, həm də təyyarələrlə göndərilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB