Təbii fəlakətlərdən Yaponiyaya dəyən zərər 10 milyard dolları ötəcək
Yaponiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə İnstitutu bildirib ki, cari ildə baş verən dörd böyük təbii fəlakətin ölkə iqtisadiyyatına vurduğu zərər 10 milyard dolları ötə bilər. NHK telekanalı xəbər verir ki, həmin fəlakətlər sırasına iyunda Osakanın şimal hissəsində olan zəlzələ, iyulda Yaponiyanın qərbindəki güclü yağışlar, sentyabrda baş verən “21 nömrəli” tufan və həmin ay Hokkaydodakı zəlzələ daxildir.
Yaponiya İnkişaf Bankı həmin təbii fəlakətlərin şirkətlərin istehsal qabiliyyətinə və ölkə turizminə təsirini araşdırır. Bankdan bildirildiyinə görə, bərpa işləri ilə əlaqədar investisiyalar yenidənqurmaya yox, məhsuldarlığın və rəqabətə davamlılığın artırılmasına yönəldilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB