Şimali Koreyada 6 milyon mobil telefon istifadəçisi var

Şimali Koreyada 6 milyon mobil telefon istifadəçisi var

Koreya Xalq Demokratik Respublikasında (KXDR) təxminən 6 milyon mobil telefon istifadəçisi var. SİA Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Ço Myunq-qyon ölkə parlamentində deputatlardan birinin bu barədə sualını cavablandırarkən deyib.

Şimali Koreyada istifadədə olan mobil telefonların qiymətinin 100-200 ABŞ dolları arasında olduğunu güman edən nazir əlavə edib ki, KXDR-in mobil rabitə şəbəkəsi 3G standartından aşağıdır.

“Şimali koreyalılar üçün internet açıq deyil. Onların mobil telefonlarına məhdudiyyət tətbiq olunur və sadəcə mobil rabitə şəbəkəsi kimi çalışır”, - deyə Ço Myunq-qyon bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə