Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Turki əl-Maliki vilayətinə endirdiyi hava zərbəsi nəticəsində "Ənsar Allah" qruplaşmasının 150 üzvünün zərərsizləşdirildiyini bildirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü məlumat yayıb.
Onun sözlərinə görə, üsyançıları məhv edən raket zərbəsi qruplaşmanın təlim-məşq bazasına endirilib.
Yəmən prezidentini dəstəkləyən ərəb koalisiyası artıq bir neçə aydır Hodeydəni husilərdən geri almağa çalışır. Burada üsyançıların strateji cəhətdən zəruri olan limanı var. Lakin hökumətyönlü qoşunlar şəhərə nəzarəti ələ ala bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB