Çexiya sülhməranlıları antiterror əməliyyatı keçirib - ZİDDİYYƏT

Çexiya sülhməranlıları antiterror əməliyyatı keçirib - ZİDDİYYƏT

Çexiya hərbi polisi Əfqanıstanda keçirilən məxfi əməliyyat haqqında informasiyanın KİV-lər vasitəsilə sızdırılması ehtimalı ilə bağlı təhqiqata başlayıb. Hüquq-mühafizə orqanlarında olan məlumata görə, Çexiya əsgərləri koalisiya üzrə müttəfiqləri ilə birlikdə Əfqanıstanda üç hərbçinin həlak olması ilə nəticələnən terror aktının iştirakçılarını yaxalamaq və zərərsizləsdirmək üçün əməliyyat keçiriblər. Bu ölkənin müdafiə naziri Lyubomir Metnar təhqiqat barədə Baş nazir Andrey Babişə qısa məlumat versə də, informasiyanın məxfiliyi səbəbindən hadisəni müfəssəl şərh etməyib. SİA “Lidové noviny” qəzetində yazılanlara istinadən xəbər verir ki, Çexiyanın xüsusi təyinatlı dəstəsi çex hərbçilərinə qarşı terror aktında iştirak edən ekstremistlərin zərərsizləşdirilməsi üzrə əməliyyatda iştirak edib.

Qəzetin məlumatına görə, əməliyyat nəticəsində ekstremistlərdən biri öldürülüb, digəri ələ keçirilib. Lakin Çexiya televiziyasının verdiyi xəbərdə deyilir ki, əslində, öldürülən və ələ keçirilən terrorçuların sayı daha çox olub.

Ekspertlər məxfi informasiyanın sızdırılmasını kəskin tənqid ediblər. Çünki bu, Əfqanıstanda sülhməramlı missiyada iştirak edən hərbçilər üçün ciddi təhlükə yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə