ABŞ prezidenti Donald Tramp rəsmi Nyu-Delinin 2019-cu il yanvarın 26-da Hindistana səfər dəvətinə rədd cavabı verib. SİA-nın verdiyi xəbərə görə, həmin gün Hindistanda Respublika Günü qeyd olunacaq.
Hadisə ilə bağlı Hindistan XİN heç bir açıqlama verməyib. Nyu-Delidəki ABŞ səfirliyi də hələlik susqunluğu pozmayıb.
Trampın Hindistan səfərindən imtinası iki dövlət arasında son zamanlar bir sıra geosiyasi məsələlərə dair fikir ayrılığı ilə izah olunur. ABŞ-ın tələblərinə məhəl qoymayan Hindistan nə İran neftindən imtina edib, nə də Rusiyadan C-400 raket-zenit qurğularını almaqdan.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB