Yaponiyanın şimal-şərq sahillərində 4,8 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərq sahillərində 4,8 bal gücündə zəlzələ olub

Oktyabrın 27-də səhər saatlarında Yaponiyanın şimal-şərq sahillərində 4,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələnin episentri Koriyama şəhərinin yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə