Hindistanda fişəng zavodu partlayıb, 7 nəfər ölüb

Hindistanda fişəng zavodu partlayıb, 7 nəfər ölüb

Hindistanda pirotexniki məhsullar istehsal edən zavodda baş verən partlayışda 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb. AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Budaun rayonunda baş verib. Yerli polis bir neçə nəfərin dağıntılar altında qaldığını güman edir.

Bütün xəbərlər Facebook səhifəmizdə