Poroşenko sabiq prezidentlərlə görüşüb

Poroşenko sabiq prezidentlərlə görüşüb

Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib. Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri “Ukraynanın 25 illik müstəqilliyi” yubiley medalı ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə