Yağan güclü leysan nəticəsində Soçinin Lazarevsk rayonunun Makopse qəsəbəsindəki avtomobil körpüsü dağılıb, eləcə də güclü sel nəticəsində dəmir yolu sıradan çıxıb. SİA xəbər verir ki, bu barədə vesti.ru yazır. Belə ki, şəhərin digər yerlərində olduğu kimi, bu ərazidə də qatarların və avtomobillərin hərəkəti dayanıb.
Şahidlər baş verənləri vidolentə alıblar. Kadrlardan da göründüyü kimi, güclü su axıntısı körpünün təməlini yuyub və nəticədə dəmir yolu da yaranmış dalğa nəticəsində su altında qalıb.
Bənzər mənzərəni Qreçesk və Tuapsi rayonlarının da sakinləri müşahidə ediblər. Hazırda, sərnişinlərlə dolu olan 25 qatar sellər arasında qalmaqdadır. Xilasedicilər sərnişinlərə qida və su daşıyırlar.
“Mən, Salskdan Soçiyə bilet almışam, artıq 3 dəfə məlumat bürosuna zəng etmişəm. Deyirlər ki, artıq qatarlar 3-4 saatdır ki, gecikirlər. Çelyabinskdən və başqa şəhərlərdən gələcək qatarların da vaxtını dəyişə bilərlər”, deyə Olqa adlı sosial şəbəkə istifadəçisi yazıb.
Cuqba-Soçi yolunda isə torpaq uçqunu baş verib. Onun dərinliyi 7 metrə çatır. Həmin istiqamətdə hərəkət tamamilə paralizə olunub.
Kubanda isə səhər saatlarından başlayan təbii fəlakət nəticəsində Krivenkovs kəndinin iki sakini həlak olub. Onlardan biri kişi, digəri isə qadındır. Bir nəfər isə itkin düşüb.
Tuapsedə idə fövqəladə vəziyyət elan edilib, siklon isə oradan Soçiyə keçib. Videolara aşağıdakı linkdən baxa biərsiniz.
http://www.vesti.ru/doc.html?id=3075815
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB