İordaniya Baş Kəşfiyyat İdarəsinin rəhbərini öldürən qatil həbs edilib
İordaniyanın hüquq-mühafizə orqanları Baş Kəşfiyyat İdarəsinin sabiq rəhbəri, general Habis əl-Hanayninin qətlində şübhəli bilinən şəxsi həbs ediblər. Belə ki, hüquq-mühafizə orqanlarının rəsmi bəyanatında belə deyilir. Antiterror mübarizəsi məsələləri ilə məşğul olan general əl-Hanayni oktyabrın 23-də Madaba əyalətindəki evinin yanında güllə ilə vurulub.
İordaniya xüsusi xidmət orqanlarının məlumatına görə, qatil cinayət yerindən qaçmağa müvəffəq olub. Ancaq onun şəxsiyyəti tez bir zamanda müəyyən olunub və həbs edilib.
Dindirmə zamanı cinayətkar generalı qətlə yetirdiyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB