Hindistanda ölənlərin sayı artıb

Hindistanda ölənlərin sayı artıb

Hindistanda baş verən dəmiryol qəzasında ölənlərin sayı artıb. SİA-nın verdiyi məlumata görə, Pəncab ştatında qatarın dini bayram keçirmək üçün toplaşan insanları əzməsi nəticəsində dünyasını dəyişənlərin sayı 61 nəfərə çatıb. Məlumata görə, qəza zamanı 71 nəfər xəsarət alıb.

Qeyd edək ki, qatar qaranlıqda yüksək sürətlə hərəkət edib, bayramı qeyd edən insanlar isə səs-küydən qatarın gəldiyini görməyiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə