Burcanadzedən açıqlama: "NATO-ya üzv olsaq, Gürcüstan parçalanacaq"

Burcanadzedən açıqlama: "NATO-ya üzv olsaq, Gürcüstan parçalanacaq"

"Gürcüstan NATO-ya inteqrasiyadan imtina etməlidir. " Axar.az xəbər verir ki, bunu “Front Nyus”a müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.

“Birincisi, bizi NATO-ya heç kim buraxmır və heç kim bizi alyansa qəbul etmir. Əgər bizi NATO-ya qəbul etsələr belə, bu, ölkənin iki yerə parçalanması olacaq. Ölkənin bir hissəsində Rusiya qoşunları, digərində isə NATO qoşunları yer alacaq. Mənim üçün bu qəbuledilməzdir. Gürcüstanda NATO bazasına sahib olmaq və ya NATO-ya üzv olmaq öldürücüdür”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə