ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton hökumətlə bağlı gizli informasiyalar əldə etməkdən məhrum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sənədində qeyd edilib.
Sənəddə bildirilir ki, xanım Klinton cari ilin avqust ayından etibarən gizli informasiyalara çıxış imkanından məhrum olub.
Bunun keçmiş dövlət katibinin xahişi ilə edildiyi qeyd olunur.
Əlavə olaraq Klintonun köməkçisinin və sənəddə gizli saxlanılan daha 4 nəfərin gizli informasiyalara çıxış imanlarını itirdikləri qeyd olunur.
Xatırladaq ki, avqust ayında mətbuatda yazılan məlumatlarda Çindən olan şirkətin Klintonun xüsusi serverinə hücum edildiyi bildirilirdi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB