ABŞ prezidenti Donald Tramp qızı İvanka Trampın ölkəsinin BMT-dəki səfiri olmasını istədiyini bildirib. SİA-nın verdiyi məlumata görə, o, bununla bağlı Tvitter sosial şəbəkəsindəki hesabında açıqlama paylaşıb: “Hər kəsin İvanka Trampın BMT səfiri olmasını istəməsi çox xoşdur. Bu vəzifədə çox yaxşı iş görəcəyindən əminəm. Lakin, sanki qohuma dəstək etirazlarını indidən eşidirəm”.
Qeyd edək ki, bu vəzifədə hazırda Nikki Heyli olsa da, o, 9 oktyabrda verdiyi açıqlamada bu ilin sonunda vəzifədən ayrılacağını elan edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB