Britaniyalı milyarder Riçard Branson Səudiyyə Ərəbistanı ilə iki turistik layihəsini dayandırıb. Axar.az xəbər verir ki, buna səbəb kimi səudiyyəli jurnalist Camal Qaşıqçının qətli göstərilib. “Vircin Qrup” şirkətinin sahibi olan Branson Səudiyyə Ərəbistanının yeni hökumətinə bəslədiyi bütün ümidlərini itirdiyini bildirib:
“Mən Səudiyyə Ərəbistanının indiki hökumətinə və vəliəhd Məhəmməd bin Salmana böyük ümidlər bəsləyirdim. Buna görə də Səudiyyə Ərəbistanı ilə turistik layihələr başlatmağa sevinirdim. Jurnalist Camal Qaşıqçının itməsi bizə Ər-Riyadla biznes aparmağa maneə yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB