Amerikalı senator Rend Pol ABŞ-dan Səudiyyə Ərəbistanına silah təchizatının dayandırılmasına hazır olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, senator əgər Ər-Riyadın müxalif jurnalist Camal Haşkadzinin itməsi ilə əlaqəsi olduğu aşkara çıxarsa, o bu addımı atmağa hazır olduğunu bildirib.
O, Səudiyyə Ərəbistanını Amerika silahı ilə təmin etmək məsələsində ABŞ prezidenti Donald Tramp ilə razılaşmadığını açıqlayıb.
Senator həmçinin qeyd edib ki, itkin jurnalistin vəziyyəti Trampın fikrini dəyişə bilər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB